Loading...

Tural Sadıqlı ona açılan cinayət işi və interpoldan danışdı Video Mp3 indir

Loading...
Arkadaşlarla paylaş
Eklemek
  • Published on May 19, 2019

  • Baş Prokurorluqda barəmdə 162006084 saylı cinayət işi açılıb və beynəlxalq axtarış elan edilib... Bu barədə Dəmiryol Baş Polis İdarəsinin cinayət-axtarış üzrə 3 polis əməkdaşı – Natiq Nəsirov, Qasım Bağırov və Cavanşir Nəsirov – ailəmin Bakı şəhəri, Sabunçu rayonunda yaşadığı evə gələrək məlumat verib və evdə mənim olub-olmadığıma dair baxış keçirib, protokollaşdırıblar. Eləcə də əllərində olan və surətini təqdim etməkdən imtina etdiyi kağızı oxuyaraq çıxıb gediblər. Sənəddə o da bildirilir ki, tapılmağımla bağlı axtarışa verilmişəm və axtarış İnterpolun yerli bürosuna tapşırılıb. Qənaətim: Bildiyiniz kimi, Azərbaycandakı 2018-ci ilin saxta prezident seçkiləri ərəfəsində Avropadakı bir neçə mühacirə qarşı sərt hücumlar başladı. O cümlədən, fevral ayında atam Əlövsət Sadıqlı Bakıda saxlanıldı, qardaşım Elgiz Sadıqov həbs olundu, işgəncələrə məruz qaldı. Sonralar Almaniyada iki dəfə həyatıma qarşı real təhlükə faktı yaşandı. Aprel ayının 11-i düz seçki günü Berlində Azərbaycan səfirliyi qarşısında təşkil etdiyimiz (rəsmi təşkilatçı mən idim) aksiya bitər-bitməz 3 Gürüstan vətəndaşı tərəfindən hücuma məruz qaldım. Yenə həmin ilin 2 iyun tarixində Almaniyanın Nürnberg şəhərində yaşadığım evin yaxınlığında 3 nəfər tərəfindən hücumun qarşısı alman polisi tərəfindən alındı, alman höküməti tərəfindən barəmdə təhlükəsizlik tədbirləri görüldü. Azərbaycan höküməti kriminal xislətli əməlləri ilə yanaşı, həmçinin mənə yaşadığım ölkədə hüququ müstəvidə çətinliklər yaratmağa cəhdlər etdi. Hələ keçən ilin əvvəllərindən Azərbaycan höküməti Almaniyanın Xarici işlər Nazirliyinə (Auswärtiges Amt) mənim Azərbaycana qaytarılmağımla bağlı müraciətlər edib. Lakin nəticəsiz qalıb. Azərbaycanın Berlindəki səfirliyində barəmdə planlar cızıldığı barədə məlumatlandırılmışdım... Keçək, haqqımda açılan cinayət işinin tərkibinə: Bildiyiniz kimi, Avropada Azərbaycan hökümətinin əlaltıları çoxdur. Onların bəziləri açıq şəkildə yaltaqlıq edir, bəziləri də əliyev hökümətinin gizli qulbeçəliyi ilə məşğuldur. Azərbaycan höküməti mənə qarşı bütün təzyiqlərdən (Bakıda ailə üzvlərimi həbsetmə, mediada haqqımda aşağılayıcı xəbərlər yayma, iftiralar atma, özümə sui-qəsd cəhdləri etmə və s.) istifadə etdikdən sonra Alman polisində mənə cinayət işi açdırmağa cəhd etdilər. Bu barədə keçən il bir neçə dəfə yazmışam. 2018-ci ilin oktyabr ayında Xəqani Xəlilov adında bir Azərbaycan vətəndaşını tutub əleyhimdə polisə ifadə verdiriblər. (Hökümətin onu yönləndirən və Nürnbergdə yaşayan gizli işbirlikçiləri barədə keçən il detalları ilə məlumat vermişdim). İfadəsində bildirib ki, guya mən ondan hansısa sənəd qarşılığında pul almışam və qaytarmamışam. Alman polisi və prokurorluğu bu məsələni araşdırıb və mənim də ifadəmi alıb. Onun dediklərinin iftiradan başqa bir şey olmadığı üzə çıxıb, iddiası sübuta yetirilməyib. Üzərindən bir neçə ay keçməyib, adamı Bakıya deport ediblər. 2019-cu ilin fevral və ya mart ayında artıq həmin şəxs Azərbaycana deportasiya olunmuşdu. Bakıda Baş Prokurorluqda guya bunun sözlərinə əsasən barəmdə cinayət işi açıb, axtarışa veriblər. Axtarış isə İnterpolun yerli bürosuna tapşırılıb. Niyə barəmdə cinayət işinin açılması xəbərini mənim özümə açıq-aşkar bildirirlər? Axı bir çox mühacirə qarşı açılan cinayət işləri barədə baş prokurorluqda dosyelərın olması barədə məlumatlar olsa da, ictimaiyyətlə və ya haqqında cinayət işi açılan şəxslə bu bilgilər paylaşılmır. Bəs mənə niyə bu bilgini rəsmi şəkildə indi çatdırırlar? - Qısa yazacam və bəlkə də izahım sizə təəccüblü gələcək. Amma daha sonra bu mövzuya ətraflı toxunacam. Qənaətimcə, Azərbaycan höküməti hesab edir ki, mənim Azərbaycana qayıtmağım cəmiyyətin canından çıxmaqda olan qorxu hissinin dağılmasını daha da sürətləndirə bilər və ona görə də mənim Vətənə qayıdışımı əngəlləməyə çalışır. Təbii ki, son bir neçə ayda çıxışlarımda (xüsusilə instaqramda) vətənə qayıtmaq üçün istək və qərarlı olduğum hiss olunur və yəqin ki, hakimiyyət mənim bu istiqamətdə bəzi cəhdlər etdiyimdən də xəbərdardır... Şübhəsiz ki, Azərbaycan höküməti heç bir mühacirin sınmadan Azərbaycana qayıtmasını həzm edə bilməz. Və qayidarsa, istər həbs edilsin, istər də həbs edilməsin, bunu Azərbaycan höküməti üçün ziyanlı və əlavə baş ağrısı hesab edir... Mövzuya daha sonra ətraflı toxunacam... Bu şəkli də yazıya əlavə edirəm ki, görsünlər, başım dik, alnım açıq, özüm də gümraham. Əlbəttə, vətənə qayıdacam, istər əliyevlər orda olsun, istər olmasın. Nəticədə, bu mənfur sülaləni başımızdan atacağıq... Yola davam! #TuralSadıqlı #AzadSöz #AbunəOl

Yorumlar

  • Azadlıq Meydanı
    Azadlıq Meydanı 3 months ago

    Gülməlidir vallah, Azərbaycan hakimiyyəti sən nə gündəsən.))

  • Sevinc Sevinc
    Sevinc Sevinc 3 months ago

    Qələt edir və p....x yeyirler qardaş bərk dur

  • Azad Soz
    Azad Soz 3 months ago

    Dəyərli soydaşlar, videonu bəyənin, daha çox insan izləsin. Hamınıza təşəkkür edirik

  • akshin Sharifov
    akshin Sharifov 3 months ago

    Allah komek olsun hami bilir kim kimdi

  • Роман Гадживердиев

    Nə olur olsun) Siz həmişə irəldəsiniz☝🏻☝🏻

  • Наглый Дядя
    Наглый Дядя 3 months ago

    Butun Azerbaycan sene destey olmalidi. ne qeder iw gormusen bizler uchun!

  • YEZİDLERE ÖLÜM
    YEZİDLERE ÖLÜM 3 months ago (edited)

    CAQQAL İLHAM 👺 POX 💩YEYİR ERMENİ YEZİD TAYFASİDA AĞZİNİ YALAYİR

  • Musa Musayev
    Musa Musayev 3 months ago

    Boyunu yere soxum bele hòkumetin

  • Can Azərbaycan
    Can Azərbaycan 3 months ago

    Azərbaycanda hökumət başçilari cinayət işlərini uşaq oyuncagina döndəriblər. Çünki 2 eşşəyin arpasini bölə bilmirlər.

  • Yunus Emre
    Yunus Emre 3 months ago

    Cındır Hakimiyyət Erməniyə Göstər Gücünü.. Paşinyan Heydərin Goruna Söyüb Amma İlham Soxub İçinə... Sənin S... Ni Yeyir Hökümət

  • Roma memmedov
    Roma memmedov 3 months ago

    Cokmus rejim ozunu butun dunyaya guldurur

  • VİVAS
    VİVAS 3 months ago

    Gəlmə Qardaşım ora vətəndaşı ol biz yandıq sən yanma.

  • Gold Black
    Gold Black 3 months ago (edited)

    Ya Allah sifte. Allah senle sizle ozlsun.

  • Vaqif Kvars
    Vaqif Kvars 3 months ago

    İnşallah 28 may-da qayıdarsan Bakıya

  • Elcin Sahbazov
    Elcin Sahbazov 3 months ago

    Dovleti talan ede leri tutmurlar seni axtarirlar?))

  • Ideal Telekom
    Ideal Telekom 3 months ago

    SAXDA REJMİN İŞİ BELƏDİ QARDAŞ GƏLƏRLƏR ALLAHIN BƏLASINA ÇOX ÇEKMƏZ ALLAHA TƏVƏGGUL.

  • Elvin Əhmədov
    Elvin Əhmədov 3 months ago

    Azərbaycan telekanalizasiyaları nə gösterir,göstersin.Sizi butun Xalq tanıyır.Siz Azərbaycanın Fəxrisiz.Allah sizi Qorusun.AMİN

  • Изаддин Байрамов

    Брат Азербайджан скй народ тебе любить и уважать

  • Türkan Aslan
    Türkan Aslan 3 months ago

    😂😂😂😂Alman polisinin. qabiliyyəti. yoxdur. deyə. Azərb. polisindən cinayətkarı üzə çıxarmaq. xahiş olunub. yəqin...😂😂 Yaşa Tural bəy!.. 👍👍👍👍👏👏👏👏👏❤❤❤❤❤❤👍👍👍👍

  • voen # 1 pepsi
    voen # 1 pepsi 3 months ago

    Pox yeyeller sene xewne ede bilmezder