Mir TV Mir TV
Abunə olun
52,337
29,319 baxiş
80 53

 Yayınlandı Mar 02, 2018

Bu gün Ermənistanda ilk dəfə Parlamentdə ölkə prezidentinin seçilməsi üçün səsvermə keçirilib.

Metbuat.az-ın məlumatına görə, Ermənistan prezidentliyinə yeganə namizəd Armen Sarkisyan olub. Bir müddət öncə hazırki prezident Serj Sarkisyan bəyan edib ki, keçmiş Baş nazir, Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan Respublika Partiyasının namizədidir.
Prezidentliyə namizədliyin qeydə alınması üçün parlamentin deputatlarının ¼-nin səsi lazımdır. “Çarukyan” bloku öz namizədini irəli sürməyib. “Çıxış” alyansının isə parlamentdə kifayət qədər deputatı yoxdur.

Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Armen Sarkisyan ölkənin 4-cü prezidenti seçilib. Məlumata görə, parlamentdə onun namizədliyinin lehinə 90, əleyhinə isə 10 nəfər səs verib.

Qeyd edək ki, builki seçkilərdə ilk dəfə Ermənistan Parlamenti növbəti 7 il üçün prezidenti seçib. Ermənistan Konstitusiyasında edilən dəyişikliklərə əsasən, bu ilin aprel ayında etibarən ölkə tamamilə parlament idarəetmə formasına keçəcək.

Daha çox göstər

Dostlarla Paylaş

Bildirin

Xahiş edirik video haqqında narahatlığınızı ən yaxından əks etdirən kateqoriyanı seçin və biz onu nəzərdən keçirə və Topluluk qaydalarına zidd olub-olmadığını və ya bütün izləyicilər üçün uyğun olmadığını müəyyən edə bilərik. Bu xüsusiyyəti pozmaq, həmçinin İcma Təlimatının pozulmasıdır, buna görə də bizə bildir.

Submit Report
  
Yüklənir...
Ermənistanın yeni prezidenti seçildi - SON DƏQİQƏ video yukle